top of page

Yehovanın şahidlərinə.

(1)

Birinci dəfədir ki, burda müsəlmanları bir kənara qoyub Yehovanın şahidlərinə yazıram, görürəm səhifəmə arada onlar da gəlir.Əziz şahidlər, Rəbbi sevən bir insan kmi sizə məsləhət edirəm ki, öz kitablarınızı bir kənara qoyub İncili dua ilə oxuyasınız, Rəbbdən diliyisiniz ki, Məsihin kim olduğunu sizə açsın.Məsihin Allah və Rəbb olduğunu inkar edən şəxs Səmavi Səltənətə girməyəcək.İncilin bir çox yerlərində İsa Məsihin Tanrı olduğu bildirilir, elə isə niyə inkar edirsiniz? Başlıyaq Yəhyanın müjdə kitabından.Birinci ayətdə yazılıb ki;"Başlanğıcda Kəlam vardı, Kəlam Tanrıdaydı və Kəlam Tanrıydı" sonra da Yəhya deyir ki;"və Kəlam bəşər olub aramızda yaşadı" Bəşər insan deməkdi, deməli Kəlam olan Allah insan oldu.İsa ölülərdən diriləndə həvari Toma Onu "Rəbbim" və "Allahım" adlandırdı! İsa Məsih Rəbb və Allah olmasaydı məgər onun səhvini düzəltməzdi? Həvari Pavel Timoteyə məktubunda açıqca yazır ki; "Tanrı bədəndə göründü" Başqa məktubunda Pavel yazır ki, Melxisedek Məsihin bənzəri olub, əvvəli və axırı bilinməyən (İslamda Əl-Əvvəlu və Al-Axiru).Bir Tanrının əvvəli axırı yoxdu.Vəhy kitabında İsa deyirki mən Alfa və Omeqayam. (İslamda Əlif və Əliflam) Tanrıdan başqa kim deyə bilər ki, hər şeyin Əvvəli və Axırıyam? Ümumiyyətlə Müqəddəs Kitabın bir çox yerlərində Məsihin Tanrı olduğu bildirilir.Yəhyada İsa Məsih açıqca Allahın Musaya açdığı Adla Özünü adlandırdı.Siz də müsəlmanlar kimi Həqiqəti bilmirsiniz.DaxilinizdəTanrının Ruhu var? Dolursunuz Müqəddəs Ruhla dua edən zaman? Əgər Rəbbin Ruhuna malik deyilsinizsə inanın ki, hələ xilas olmamısınız.Rəbb sizə Həqiqəti açsın.Amen!

 

İblisin Yehovanın şahidləri cəmiyyətini yaratmaqdakı məqsədi.

(2)

Köhnə Əddə bəşəriyyətə sərt Qanunlar qoyan Tanrı, İsa Məsihdən başlayaraq bəşəriyyətlə Yeni Əhd bağladı.Keçmişdə Allahın Xalqı Qanun altındaydısa, Yeni Əhdlə lütf dövrü başladı.Rəbbin Sözünə görə heç kimsə Qanuna riayət etməklə Allahı məmnun edə bilməz və heç bir insan Qanun vasitəsilə saleh sayıla bilməz.

 

İnsanları yoldan azdıran İblis hər an çalışır ki, Müqəddəs Kitaba iman edənlər lütfdən yararlanmasın.Ona görə də insanları Köhnə Əhdə daha çox bağlamaq istəyir.Diqqət yetirin ki, bir çox xristian cəmiyyətləri var ki, Köhnə Əhdin Qanunları və ya əsasları üzərində qurulmuşdu.Məsələn ASD xrsitian kilsəsi, hansı ki, bu cəmiyyət insanları Köhnə Əhdin Qanunlarına əməl etməyi inandırmağa çağırır.Lakin bu cəmiyyətdən də təhlükəlisi "Yehovanən şahidləridi"

 

Tanrının YEHOVA Adı Müqəddəs Kitabda 7 min dəfədən çox yazılıb.Lakin Yeni Əhddən başlayaraq bi Ad Rəbb sözünə dəyişdirilmişdir.Sizcə Allahdan icazəsiz  Allahın bu Adını dəyişdirə bilərdilərmi? Əlbəttə yox.Tanrı Müqəddəs Kitabı dəyişiklikdənn qoruyqacağını bildirmişdir.Yeni Əhddə Tanrı cismən zühur etdi, bu Müqəddəs Kitabda açıq yazılıb.Və  buna demək olar ki, bütün xristianlar hər bir dövrdə şübhəsiz inanıblar, ancaq Yehovanın şahidlərindən başqa.Tanrı insan oldu, və İSA Adı ilə izzətlndi.Müqəddəs Kitabda Yehova Adını Rəbb sözüylə əvəzləyən Tanrı istəyir ki, Ona iman edənlər Onu məhz İSA Adı ilə çağırsınlar.Amma Yehovanın şahidləri Tanrının YEHOVA Adını təzədən dirçəltməklə məhz onların doğru yolda olduqlarını göstərmək istəyirlə, və təəsüf ki, bu yalana özlərini və bir çoxlarının inandırılar.

 

Yehovanın şahidləri cəmiyyəti Allahdan ola bilməz.

Ona görə ki:

1-cisi: onlar İsanın Tanrı olduğuna inanmırlar, halbuki Müqəddəs Kitabda bu deyilmişdi.

2-cisi: onlar Müqəddəs Ruhun Tanrı olmasına inamırlar, halbuki Müqədddəs Ruhun Tanrı olması da İncildə bildirilmişdir.Tanrının Ruhu Tanrının Özüdü, Müqəddəs Kitabın heç bir yerində Bu Ruhun Tanrı tərəfindən yaradıldığı deyilməmişdir, yaradılmayan ancaq Tanrıdı.

3-cüsü: Yehovanın Şahidləri ölü cəmiyyətdi, bu cəmiyyətdə başqa kilsələrdəki kimi cinlərin qovulması və insanların şəfa alması müşahidə olunmur.Tanrının cəmiyyəti ölü ola bilməz, İsa özü əvvəlcədən bildirdi ki, Onun Adıyla ölüləri dirildəcəklər, cinləri qovacaqlar, xəstələrə şəfa verəcəklər.

 

Və bir çox səbəblər.Yehovanın Şahidləri Allahın Yehova Adının Allahın Yeganə Adı olduğunu deyib, Tanrının başqa Adlarını Ad deyil, titul saymağı yanlışdı, çünki Müqəddəs Kitabda o Adlar titul deyil, məhz AD- adlanıb.

 

Həqiqi xristianlar Müqəddəs Ruhla dolarkən inanılmaz sevinc duyurlar və bu Ruhla dolmaqlarını hiss edirlər.Lakin Yehovanın şahidləri bu duyğunun nə olduğunu bilmirlər.Onlara Müqəddəs Ruhla dolanda nə hiss edirsən sualını verəndə onlar çaşıb qalır, bu da onun göstəricisidr ki, onlar Müqəddəs Ruha malik deyillər.Daxilində Müqəddəs Ruh olmayanları isə İsa Məsih ölü adlandırıb.Və Müqdəddəs Ruhdan doğulmayan heç bir adam Səmavi Səltənətə girə bilməz.Yehovanın şahidləri ölümə gedirlər, lakin bunu bilmirlər.Süleymanın Məsllləri Kitabında deyilib ki, bir çox yollar var ki, düz kimi görünür, lakin sonu uçurumdu.Yehovanın Şahidləri də məhz belə yolla irəliləyirlər.

 

İblisin Yehovanın Şahidləri cəmiyyətini yartmaqdakı məqsədi insanları başqa biy yalana inandırması və onların xilasa nail olmamasıdır.Yehovanın Şahidləri cəmiyyətində xilas yoxdu.Tanrının cismən zühurunu təkzib edənlərin həyatında ALLAH yoxdu.Fikir verin, elə bir insan yoxdu ki, İsa Məsihə iman etməzdən qabaq Yehovanın şahidləri ilə qarşılaşmasın.Həqiqətə gələn insana İblis birinci öz xidmətçilərini göndərir.Lakin Allahın hələ dünyanı yaratmazdan əvvəl seçdiyi və Həyat Kitabında adı yazılmış övladı Yehovanın şahidlərinin iyrənc yalanlanına inanmaz.

 

Bir də fikir verin ki, Yehovanın şahidlər İsa Məsihi "İsa peyğəmbər" kimi adlandırırlar, İslamdakı kimi.Halbuki, İncildə bir nəfər belə İsaya "İsa peyğəmbər" deyə müraciət etməmişdir.İsa son peyğəmbərdi, lakin O, Allahın Oğlu, Xilaskar və bədəndə gələn Tanrı kimi məhşur olub!!! bir peyğəmbər kimi yox!

 

Sonda bir sual verim, Yehovanın Şahidləri Tanrının YEHOVA Adı ilə çox qürrələnirlər.Son 2 min ildə Tanrının İSA Adı ilə bir çox ölüləri dirildiblər, minlərlə insanlardan cinləri çıxarıblar, minlərlə xəstələrə, şikəstlərə şəfa veriblər.Bəs yaxşı Tanrının YEHOVA Adı ilə nə xarüqələr yaradıblar? Bir ölmüş milçəyi belə dirildə biliblərmi? Əgər Allahın YEHOVA Adı ilə heç bir möcüzə göstərə bilməyiblərsə, bəs niyə Allahın bu Adında qüvvə yoxdu: Ey Yehovanın şahidləri, biz İsa Məsihi həm Tanrının Oğlu, həm də Tanrının Özü olmasına inanırıq, siz isə Onun təkcə Tanrının Oğlu olmasına inanırsınız.Yaxşı, əgər bu belədirsə, bəs niyə Tanrının Oğlunun Adında qüvvət var, lakin Tanrının Öz Adında, yəni YEHOVA Adında güc yoxdur?.

bottom of page