top of page

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

BARNABA İNCİLİ

 

Xristianlar müsəlmanlara Məsihin müjdəsini təbliğ edəndə onlar adətən Barnaba İncili haqda söz salırlar, deyirlər ki, niyə Xristian dünyası uzun əsrlərlə Barnaba İncilini gizlədib? Guya bu kitab çox suallara aydınlıq gətirir, subut edir ki, İsa heç vaxt Tanrının Oğlu olduğunu iddia etməyib, və İslam peyğəmbəri Məhəmmədin gəlişini də adıyla əvvəlcədən bildiib.Və beləliklə müsəlmanların fikrincə bu İncil həqiqi olan yeganə İncildi, bundan başqaları hamısı təhrif edilib...

 

BARNABA İNCİLİNİN TARİXİ

 

Quranı tərcümə edən Corc Seyl 1734-cü ildə birinci dəfə Xristian dünyasını Barnaba İncilinə diqqət yetirməsini istədi, çünki 4 İncildən fərqli məhz bu incil Quranla zidd gəlmirdi.20-ci əsrdə ərəb dünyasında bu İncilin tərcüməsi peyda olan kimi İslam alimləri və yazıçıları bu İncilə diqqət yetirdilər.1973-cü ildə ilk dəfə Barnaba İncilinin ingilis diləndə olan tərcuməsi dəfə müsəlman ölkələrində çap edildi.Təkçə Pakistanda bu kitabın 100  000 kopyası çıxarıldı.Bu kitab müsəlmanlara çox güclü təsir etdi, və onla əmin oldular ki, İısus – İslamda sözü gedən İsadı, və Məhəmməd son peyğəmbərdi.Müsəlmanlar düşünür ki, Xristian aləmi bu İncili İslamla uyğun gəldiyinə görə rədd edir, amma əslində bu bellə deyil.Bu kitabın içində şəhadət, və ondan qıraqda olan şahidlik bu kitabın rədd edilməsini səbəbini yaxşı açıqlayır.Böyük sübutlar var ki, bu kitab bir neçə əsr əvvəl yazılan saxta kitabdı, və xristian aləminin İsanın Qurandakı həyatına inanması üçün tərtib edilmişdi.Beləliklə müsəlmanlar bu kitabla İslamın və Quranın haqq olmasını sübut etmək istəyirlər.

Mattanin, Markın, Lukanın və Yəhyanın Həqiqi 4 İncillərindən fərqli, hansı ki, bu kitabların hər biri 20 səhifədən 40 səhifəyə kimidi, Barnaba İncili isə 273 səhifədi...Barnaba İncilinin təlimləri Bibliya təlimlərinin təkrarıdı, lakin bunlar əsasən islam təliminə uyğunlaşdırılmışdı.Buna bir nəzər yetirək:

 

BARNABA İNCİLİNİN İSLAM QAYNAQLARI

 

Xristianlıqığın Barnaba İncilinə inanmamasının əsas səbəbləri bunlardı.

1 İsa Allahın Oğlu olduğunu inkar edir.

Matta İncilində 16:13–20 –də İsa şağirdlərindən soruşur ki, xalq və onlar, Onun kim olduğunu düşünür, Peter cavab verir ki, Sən yaşıyan Tanrının Oğlusan.İsa da onu bəxtiyar adlandırır və deyir ki, bunu sənə açan qan və bədən deyil, göylərdəki Atamdı.Barnaba İncilində də Peter eyni cavabı verir, amma İsa ona “Çəkil önümdən, çünki sən İblissən və Məni tıəhqir etmək istəyirsən!” deyir.Sonra da guya şagirdlərinə ondan ehtiyat etməyi bildirib deyir ki, buna inanalar Allahdan dəhşətli ləhnət alıb (Barnaba İncili f.70)

 

2.İsanın yerinə Yəhuda çarmıxa çəkilib.

İslama görə İsa həbs ərəfəsində göyə qaldırılıb, və Onun əvəzinə ona oxşadılmış bir başqası çarmıxa çəkilib.Özü də bu uydurma Məhəmməddən yüz illər sonra deyilib.Barnaba İncilinə görə həmin çarmıxa çəkilən İsanın şağirdi satqın Yəhuda İskaryot olub.Barnaba İncilinə görə Yəhuda əsgərlərlə İsanı həbs etməyə gələndə Allah 4 mələyini göndərdi, və O göyün üçüncü qatına qaldırıldı.Və bu zaman Yəhudanın görkəmi elə dəyişdi ki, şagirdlərvə hamı onun İsa olduğunu zənn etdi. (Barnaba İncili f.216) Və sonra da o çarmıxa çəkildi.

 

3.İsa Məhəmmədin gəlişini əvvəlcədən adıyla deyib.

Barnaba İncilinin çox yerində İsa Məhəmmədin gəlişini adıyla elan edib.Deyib ki, əvvəlcə o biabırçı xaçlanmaya dözməlidi, amma Allahın müqəddəs elçisi Məhəmməd gələndə bu şərəfsizlik götürüləcək. (Barnaba İncili f.112)

 

Ümumiyyətlə bu İncildə çoxsayı islam təsiri olan əlamətlər tapmaq olar, hansı ki, 4 Həqiqi İncillə zidd gəlir.Məsələn bu İncildə bildirilir ki, İbrahimə verilmiş xeyir-dua İshaqda yox, İsmaildə təcəssüb edilib.Bunlara görə də müsəlmanlar məhz bu İncilin həqiqi İncil olduğuna inanırlar.(Barnaba İncili f.191)

 

ORTA ƏSR TARİXİ SÜBUT EDİR Kİ, BARNABA İNCİLİ SAXTADI

 

Çox asanca sübut etmək olar ki, bu incil nəinki İsanın, hətta Məhəmmədin belə ölümündən uzun əsrlər sonra yazılıb.Barnaba İncilinin orta əsrlər qaynaqları məlumdur və gəlin bunlardan üçünə bir nəzər yetirək:

 

1 Tanrının Musa vasitəsilə Israil Xalqına verdiyi Qanunlardan biri bu idi ki, “Azadlıq ili”deyilən ildə qullar azad edilir və borcları bağışlananırdı.Bu bayram ərsdə iki dəfə keçirilidi.Rəbb bu Qanunu verəndə belə demişdi: ”50-ci il sizin Azadlıq iliniz olsun”.(Tövrat/Levililər 25:11) Amma 1300-cü ildə Roma papası 8-ci Bonifatsi bu Qanunu əsrdə bir dəfə icra olunması haqda çıxış etmişdi.Onun ölümündən sonra Papa 6-cı Klementi yenə bu əmrin 50 ildən bir keçirilməsibarədə göstəriş verdi.Barnaba İncilində guya Məsih deyir ki;”O vaxt ki, bütün dünya Rəbbə ibadət edəcək, insanlar Rəbbədn o qədər mərhəmət alacaq ki, indi 100 ildən bir keçirilən Azadlıq ili Məsih tərəfindən sürətləndiriləcək” (Barnaba İncili f.82)

 

Barnaba İncilinin müəllifi kim olur olsun o Roma papası 8-ci Bonifatsinin yubiley ili haqda göstərişindən xəbərdar idi, hansı ki, bu göstəriş Məsihdən 1300 il sonra olub.Bu da sübut edir ki, bu İncil 14-cü əsrdən əvvəl yazılmayan saxta bir kitabdı.

 

2.Dantenin sitatları.

Dante italyan olub və təxminən papa 8-ci Bonifatsinin dövründə yaşayıb. O məhşur “İlahi komediyalar” adlı kitabın müəllifidi.Cənnət və Cəhənnmə haqda yazdığı bu kitab bütünlüklə onun fantaziyalarına aiddir. (Möhtəşəm Yüzil serialına baxanlar yəqin ki, bu kitabı xatırlayır, orda İbrahim paşa da bu kitabı sevə-sevə oxuyurdu) Barnaba İncilində işlədilən ifadələr göstərir ki, bu kitabda olan bir çox kəlmələr həmin Dantenin kitabından götürülüb.Məsələn Barnaba İncilində İsa qədim peyğəməbrlər haqda deyir:

 

“Allahın, Onun qulu Musa vasitəsilə verdiyi Qanunu pozmamaq üçün və yalançı tanrılara xidmət etməmək üçün onlar böyük sevinclə ölümə getdilər”.(Barnaba İncili f.23)

 

“Yalançı tanrılar” ifadəsibu İncilin başqa yerlərində də istifadə edilir.Məsələn “O vaxt ki İrod yalançı tanrılara ibadət etdi”. (Barnaba İncili f.217) Bu “yalançı tanrılar” ifadəsini nə Bibliyada, nə də Quranda tapmırıq, və əminliklə söyləmək olar bu Dantenin kitabından götürülüb (Cəhənnəm 1.72)

 

Barnaba İncilində Cənnət və Cəhənnəmin təsfiri nəinki Bibliya ilə, hətta Quranla da zidd gəlir, amma Dantenin kitabı ilə çox uyğun gəlir.İsa Şimon Peterə deyir:

 

“Bil ki, Cəhənnəm birdi, amma bir birinin altında olan 7 mərkəzə malikdi.Onda günah 7 görkəmdə olur, 7 qapı şeytan Cəhənnəmə qoyub. Belə ki, içində də 7 cəza mövcuddur”. ”.(Barnaba İncili f.135)

 

Dante özünün 5-ci və 6-cı Cəhənnəm nəğmələrində Cəhənnəmi düz belə təsvir edir.

 

Göylər haqda Barnaba İncilində deyilir ki, onların sayı 8 di, amma Cənnət onların hamısından böyükdü. ” (Barnaba İncili f.178) Bu da Dantenin əsəri ilə uyğun gəlir, amma Quranla ziddir, ona görə ki, Qutanda səmaların sayı 7 göstərilir.(Bəqərə 29)

 

Barnaba incilində Fələstin və İsrail ərazisi İtaliya ərazisi kimi təsvir olunur, bu onu gəstərir ki, bu İncilin müəllifi həmin torpaqlarda olmayıb.Bu İncildə şərabın taxta boçkalarda saxlanılmasından söz gedir, ammaşərab orta əsrlərdə Avropada taxta boçkalarda saxlanılırdı,Fələstində isə 1-ci əsrdə şərabı tuluqda saxlayırdılar. (Mata 9:17)

 

Barnaba İncilinin müəllifinin Fələstin coğrafi ərazidindən bixəbər olmasının başqa sübutu da budur ki, bu kitabın başqa bir yerində deyilir ki:

 

Dənizçilər Nazaret şəhərinə gələrək İsanın etdiklərini hamıya danışdılar. (Barnaba İncili f.20)

 

Bu cümlədə Nazaret şəhəri liman şəhəri kimi göstərilib, sonra deyilir ki, “İsa Kopernauma qalxdı”İsanın bütün şagirdləri bilirdi ki, Kopernaum gölün sahilində olan şəhəriydi, Nazaret isə ondan yüksəklikdə yerləşir, İsa adətən Kopernaumdan Nazaretə qalxardı.

 

Bütün bunlar sübut edir ki, bu Barnaba İncili orta əsrlərdə Cənubi Avropada tərtib edilmiş saxta bir kitabdı.

 

BARNABA İNCİLİNİN SAXTA OLMASI BARƏDƏ BAŞQA SÜBUTLAR.

 

Barnaba incilinin saxtalığı barədə çox sübut var, bunlardan biri də həmin İncildə İsanın Məhəmməd barədə xəbər verməsidi.Çox maraqlıdır ki, Barnaba İncili Vəftizçi Yəhya haqda bir şey demir.4 Həqiqi İncildə Yəhya deyir “Mən səhrada nida edənin səsiyəm, Rəbbin yolunu düzləşdirin”.Amma Barnaba İncilində İsa Yəhyanın Onun haqda dediyi sözləri Məhəmməd haqda deyir.Əslində isə o sözləri Vəftizçi Yəhya İsa haqda demişdi.

 

MƏSİH – İSADI, YOXSA MƏHƏMMƏD?

 

Yəhudi din adamları Vəftizçi Yəhyadan onun Məsih olub olmadığını soruşanda o təkzib etmişdi.Barnaba incilində İsa – Məsih olduğunu demək olar ki, Yəhyanın dediyi sözlərlə təkzib edir və deyir ki;”Mən Məsih deyiləm, Mən İsrail evinə bir peyğəmbər kimi göndərilmişəm, ancaq Məndən sonra Məsih gələcək. ” (Barnaba İncili f.42, 82)

 

Bəs Məsih kimdir? Bu İncilin başqa yerində guya İsa deyir ki, “Allah dedi, Məhəmmədi gözləyin. Onun xətrinə mən Cənnət yaratmağı arzulayıram”, “Onun xeyir-dualı adı Məhəmməddir”.Lakin bu nəinki 4 Həqiqi İncillə, hətta Qurani-Kərimlə belə zidd gəlir, çünki, İsanın -Məsih olması Quranda dəfələrlə deyilib.

 

Ali-İmran surəsi 45 O zaman ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və yaxınlardandır».

 

Çox maraqlıdır ki, bu incil nəinki Bibliya və Quranla zidd gəlir. Hətta özü-özylə də zidd gəlir.Kitabın əvvəlində deyilir ki ”Bu Xristos adlanan İsanın həqiqi Müjdəsidi” Barnaba İncilinin müəllifi belə çıxır ki, Xristos və Məsih sözünün eyni məna daşıdığını bilməyib. Məsih sözü qədim ibrani sözü olan Maşiaxsözüdü, Xristos – isə bu sözün yunanca tərcüməsidi.

 

BARNABA İNCİLİNİN QURANLA DAHA BİR ÇOX ZİDDİYYƏTİ VAR.

 

Məsələn bunlardan biri Məryəmin doğumu barədədi.Orada deyilir ki, Məryəmin üzərinə ecazkarişıq düşdü və o öz oğlunu ağrılarsız doğdu (Barnaba İncili f.3) Bibliyanın heç bir yerində belə bir şey deyilməyib, amma bu katolik əfsnələridə var.Bu da Barnaba İncilin 16 –ı əsrdə yazıldığının daha bir sübutudur.Və Quranla da zidd gəlir. Quranda Məryəm surəsinin 23-cü ayəsində Məryəmin doğuş zamanı sancı çəkdiyi deyilir.

 

Məryəm surəsi 23

 

“Beləliklə doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi...”

Təccüblü deyil ki, Quranla zidd gələn bu saxta İncili bir çox İslam alimləri rədd                         edib, amma yenə də müsəlmanların böyük bir hissəsi bu kitaba inanmaqda davam edir.Bu İncilin Quranla başqa bir yeri də zidd gəlir.Barnaba İncilində axırıncı günlərdə mələklər haqda deyilir ki, “15-ci günü bütün mələklər öləcək və bircə Allah sağ qalacaq”. (Barnaba İncili f.53) Quran isə mələklərin  ölümü barədə heç nə bildirmir, əksinə Qiyamət Günü Allahın taxtının 8 mələk tərəfindən daşıdığını deyir.(Surə 19:17)

 

Bu İncilin müəllifiyi sual altında qalır, düzdü kitabda Barnaba kitabın müəllifi kimi təqdim olunsa da, əslində o bu kitabın müəllifi olmayıb.Kitabda dəfələrə müəllifin İsanın 12 həvarisindən biri olduğu bildirilir, amma məlumdur ki, əslində Barnaba Məsihin 12 həvarisindən olmayıb, Barnaba Məsih ölüb diriləndən sonra üzə çıxıb.

 

Barnaba İncilinin müəllfini tapmaq üçün çoxsaylı şahidlik mövcuddur.Bu kitabın ispan versiyasının girişində deyilir ki, bu kitab  Araqon müsəlmanı  Mustafa de-Aranda tərəfindən tərtib edilən italyan oriqinalının tərcüməsidir. Kitabın italyancasının girişində isə katolik monaxı Fra Marino haqda bəhs edilir, guya o bu İncil haqda eşidib və papa 5-ci Sikstin kitabxanasından bu kitabı tapıb, diqqətlə oxuyub və İslamı qəbul edib.Bu kitabın müəllifi kim olur olsun o İspaniyanı yaxşı tanımış olmalıdı.Bu da 15-ci əsrdə müsəlmanların İspaniyadan qovulması zamanı zorla Xristianlığa gətirilmiş İspaniya müsəlmanı da ola bilər.Məqsədi də sadəcə qisadı.Ehtimal ki, o əvvəlcə  bu saxta kitabı italyanca yazıb, sonra da ispancaya tərcümə edib.Ehtimal ki, bu kitabın müəllifi elə Fra Marinonun özüdü.Çoxlu sübut var ki, bu kitabı yazan adam İtaliyanı yaxşı tanıyır və italyancanı əla bilib.Bu kitabı kim yazır yazsın onun bir məqsədi olub, Məhəmmədin Allahın son peyğəmbəri olmasını xristianlara sübut etmək.Lakin nəinki Həqiqi İncillə, hətta Quranla belə zidd gələn bir kitaba müsəlmanların inanması çox təəcüblüdür.

 

Sonda onu deyim ki, müsəlmanlar daim otuzdan çox İncilin olmasını deyərək sual verirlər ki, bunlardan hansı doğrudur? Cavab da budur ki, Həqiqi İncil mütləq Köhnə Əhddə İsa haqda yazılnalarala uğun gəlməlidir.Isa Məsih haqda Köhnə Əhddə 400 –dən artıq öncədemələr var və bu peyğəmbərlik sözləri ancaq 4 İncildə gerçəkləşir.4 İncil də şəhadətin güclü olması üçün Allahın İradəsi ilə yazılıb.Saxta İncillər nə qədər olsa da Müqəddəs kitabı bilən bir adam heç vaxt onlara inanıb aldanmaz.Saxta İncillərin olması da normaldı, çünki Şeytan Həqiqətə qarşı döyüşür.İnsan ancaq Allahın İncildəki Sözlərinə əməl etməklə əbədi ölümdən xilas olaacaq.Saxta incillər barədə də Rəbb hələ çox-çox əvvəl belə deyib:

İNCİL, Vəhy 22:18 Mən bu kitabın peyğəmbərlik sözlərini eşidən hər kəsə xəbərdarlıq edirəm: kim bunlara bir şey artırarsa, Allah da ona bu kitabda yazılan bəlaları artıracaq;  19kim bu peyğəmbərlik kitabının sözlərindən bir şey götürərsə, Allah da bu kitabda yazılmış həyat ağacından və müqəddəs şəhərdən ona düşən payı götürəcək.

bottom of page