top of page

Xilasın yolu.

Qansız günah bağışlanmır.

 

Allah yəhudilərə günahları üçün cürbəcür heyvanlardan və ev quşlarınadan qurbanlar təyin etmişdir, amma bu qurbanlar dünya həyatında bağışlanmaları üçün idi, yəni günah edən insan qurban gətirəndə Allah onu cəzalandırmırdı.Amma Cəhənnəm atəşindən xilas olunmaq üçün həmin qurbanlar kifayət deyildi.Əbədi ölümdən xilas olunmaq üçün bizə müqəddəs insan qanı lazım idi.Sual doğurur, niyə heyvan yox, məhz insan qanı, özü də müqəddəs insanın qanı? Ona görə ki, insan Allaha qarşı günah edib, və onun qurbanı da məhz insan olmalıdı.Bəs niyə Müqəddəs insanın qanı? Çünki günahkar insan qanı Allahın nəzərində qiymətsizdir.Adəm övladı hamısı günah edib, hətta peyğəmbərlər belə.Birinci günah edən Adəm və Həvva oldu, və günah onların vasitəsilə bütün insanlara keçdi.Və bütün insanlar əbədi ölməli idi.Ancaq Allah mərhəmətlidir, və insanları çıxılmaz vəziyyətdə görüb Özü insanlara bu Müqəddəs Qurbanı verdi, və bu qurban İnsan olan Allahın Kəlamıdır.İsa bakirə Məryəmdən doğuldu.O Adəm nəslindən dünyaya gəlsə də Adəm övladı deyildi, çünki kişi və qadın istəyi olmadan qadından doğuldu.Yenə sual doğurur: niyə İsa məhz Adəmin nəslindən dünyaya gəldi? Axı Allah Onu da Adəmi yaratdığı kimi torpaqdan, və yaxud başqa cürə yarada bilərdi? Əzizlərim, çünki, məhz Adəm övladları günah etmişdi, və buna görə də qurbanlıq Müqəddəs İnsan - Adəmin nəslindən olmalı idi.Baxın, görün neçə dəfə İsa İncildə Quzu adlanıb.Bəli O bizim qurbanlıq Quzumuzdu, həm peyğəmbərimiz və müəllimimizdi, ümumiyyətlə hər şeyimizdi, həyatımızın mənasıdı.Bütün peyğəmbərlər Onun haqqında peyğəmbərlik etmişdilər, və demişdilər ki, o gələcək, Allahla insanları barışdıracaq, bizim üçün Qanı axılacaq, və biz günahlarımızı Onun Qanıyla yuyacağıq.1600 il İsrail xalqı Onun gəlişini gözlədi, və O gəldi! Təlimini yaratdı, çarmıxda bizim üçün öldü, və Ona inananların günahları bağışlandı.Alliluya! Allaha şükr olsun! Biz ölməliydik, lakin O bizim yeimizə öldü və 3 gündən sonra dirildi! Və diriləndən sonra 40 gün ərzində 500 imanlı qardaşlara göründü, və bizə məsləhətlər verib, imanımızda və Onun Təliminə sadiq qalmağımızı buyurub göyə, Allahın yanına qaıxdı.Və qalxandan sonra Allahdan gələn Müqəddəs Ruhu ona inanlara göndərdi, və hər Ona inanıb, Qanunlarına riayət edəndə Onun Ruhu yaşayır, Müqəddəs Ruh. Bu Ruhdu bizə güc verən, bizi ayaqda saxlayan.Bu Ruhun gücüydü ki, saysiz-hesabsız Məsih imanlıları öldürülmüş, lakin onları öldürənlərə silah qaldırmamış, onları bağışlayaraq şəhid olmuşlar.Onun haqda saysız-hesabsız kitablar yazılmız, saysız-hesabsız filmlər çəkilmişdi.O Möcüzədir, və Onu kim olduğunu hər adam tanımır.O Özü demişdir ki. Allahdan başqa Onu heç kim tanımır, lakin Ona iman  edənlər və Onu sevənlərə O Özünün Kim olduğunu açır.İndi isə sən, bu məqləni oxuyan əziz dost, günahlarının bağışlanmağını istəyirsənmi? Allahın övladı olmağı istəyirsənmi? Allah hər an səni qəbul etməyə hazırdı. Və O səni çox sevir, O insanları o qədər çox sevir ki, Yegənə Oğlu olan İsa Məsihi Qurban verdi.Və İsa Məsih Allahla insanlar arasında Yegənə vasitəçidir.Ona inanırsansa bu duanı təkrar et:”İsa Məsih, Sənin Allahın Oğlu olduğuna, Allahdan gəldiyinə və mənim günahlarım üçün öldüyünə və 3 gün sonra dirildiyinə inanıram. Həyatıma gəl, günahlarımın bağışlanmasını istəyirəm, Mənimlə ol, və Müqəddəs Ruhundan mənə də ver.Xilas olmaq istəyirəm, və əbədi Allahla birgə Cənnətdə yaşamaq istəyirəm. Amin!” Əziz dost, bu duanı səmimi oxumusansa. Və ürəyində təkcə Onun Təliminə İnam varsa, günahların bağışlandı.Buna şübhələnmə.Və Allah səni artıq heç vaxt tərk etməyəcək.İncili oxu, Onu izləyənlərlə əlaqə saxla, Onun Təliminə aid filmlərə və videolara bax.Və Onun qəlbində olmağı üçün dua et.Əgər hansısa günahdan asılısansa qorxma. O səni bütün günahdan və ləhnətdən azad edəcək.Rəbb köməyin olsun. İsa Məsihin Adıyla. Amen!

 

***

Günah xəstəliyi.

 

Günah xəstəlikdi, günah virusdu, və bu xəstəlik insanlara Adəmdən keçdi və bütün insanlar günah etdilər.Heç kim günahdan əbədi qaça bilməz, bu reallıqdı.Əzizlərim, heç baqalarına baxmayaq, özümüzü götürək, mömin olduğumuz müddətdə nə qədər günah etmişik? günah edirik, tövbə edirik, üstündən bir az keçir, başqa günahı edirik, tövbə edirik, bir az keçir, yenə də günah edirik.Bütün insalar günah edib, peyğəmbərlər belə.Bəzi din alimləri deyir ki, peyğəmbərlər günah etməyib.Gəlin Allahın Kitabına baş vuraq.İbrahim peyğəmbər Misirə gedəndə onu fironun yanına apardılar, firon ondan arvadı Saranın onun nəyi olduğunu xəbər alanda o cavab verdi ki, bacısıdır.O qorxdu ki, Saranı arvadı adlandırsa firon onu özünə götürüb özünü də öldürtürər.Yəni canını itirməkdən qorxub yalan söylədi.Yalan günah deyilmi? Yalan böyük günahdır! Musa peyğəmbər peyğəmbər olmadığı müddətdə adam öldürmüşdü.Adam öldürmək də böyük günahdır.Davud peyğəmbərin başqasının arvadına gözü düşmüşdü, və o qadının ərini cəbhənin qaynar nöqtəsinə göndərdi ki, o sağ qayıtmasın, və o əsgər orda da öldü, və Davud onun arvadını özünə götürdü.Allhın nəzərində onun əməli çox pis idi, və Allah onu cəzalandırdı.Başqa peyğəmbərlər də günah etmişdir.Bəs niyə heç kim günahdan qaça bilmir? Ona görə ki, hamı günahkardan doğulur.Xəstə ağacın meyvəsi çürük olar, xəstə adamdan xəstə doğular, günahkardan da günahkar doğular.Belə bir el məsəli var "anası gəzən ağacı balası budaq-budaq gəzər"Çoxları deyir ki, yox, peyğəmbərlər günah etməyib, onlar müqəddəs olub.Günahları barədə yuxarıda yazdım.Bəli, peyğəmbərlər müqəddəs olub, amma müqəddəs olublarsa bu o demək deyil ki, onlar günah etməyib. Allah Müqəddəsdir, və O özlərini Ona həsr edənləri müqəddəs adlandırıb. Allah keçmişdə bütöv bir xalqı - İsraili müqəddəs xalq adlandırıb, lakin bu onların günahsız olması deyil. İsraillilər saysız-hesabsız günah ediblər.Ən nəhayət, burası lap maraqlıdır, bəs niyə bəzi dinlər peyğəmbərlər gühah etməyib deyir? İsa Məsihin Tək Müqəddəs olmasını insanlar bilməsin, çünki insan bilsə ki, İsa Məsih Yeganə Müqəddəsdir, o adam Onun həyatıyla yaxından maraqlanacaq, və nəhayət Onun Kim olduğunu biləcək, və Ona iman edərək qurtulacaq.

 

***

 

Allahla qovuşmaq.

 

İnsanın ata-anaya hələ uşaq vaxtından ehtiyacı olur, demək olar ki, ailədə və övladın həyatında hər ikisinin öz yeri var.Həm atasız insan üçün çətin olar, həm də anasız, amma ikisindən məhrum olmaq fəlakət dərəcəsinə çatar.Adətən atasız, və ya anasız böyüyən uşaqlar pis yollara düşür, yetim uşaqlar hətta cinayətlərə belə əl atır.Ata ciddir, uşaqda ata qorxusu olur, və uşaq bir çox pisliklərdən atasından qorxduğuna görə uzaqlaşır, ana, uşağı nə etsə də həmişə bağışlayır, və uşağıyla çox ciddi olmur, çünki ana qəlbi hədsiz həssadı.Bütün bu yazdıqlarımın ruhani mənası da vardır.Məsihilikdə Allah - Atadır, və Müqəddəs Ruh da bizə ana kimidir.İnsan ailəsində ATA - Ata Allahın, ANA - isə Müqəddəs Ruhunn surətidir.Hər ikisi 1 Allah olsa da ikisində olan keyfiyyətlər və xüsusiyyətlər fərqlidir, dünyəvi ata və anadakı kimi.Allahı Ata adlandırırq, çünki, O var olan həyatın qaynağıdır.İsa Məsihə iman edən hər bir insan Müqəddəs Ruhdan doğulur.Bütün fiziki nemətlər, ruhani nemətlərin bənzəridir, bal - Allah Kəlamının, süd - isə Allahın Ruhun bənzəridir.Bax Allahdan doğulan varlığı da Allah Öz Kəlamıyla, və Ruhuqla qidalandırır, və o varlıq ruhda böyüyür, güclənir, və Allaha gedir.Əziz dostum, əgər sən Allahla qovuşmaq istəyirsənsə, bil ki, Allaha getmək üçün mütləq Allahın Ruhundan doğulmaq lazımdır, çünki Allah Ruhdur, və Onunla sən ruhən qovuşa bilərsən.Əgər insan dünyada atasız və anasız yaşayarsa, o xəşbəxt ola bilməz, çünki onun bünövrəsi ata-ana tərbiyəsi üzərində qurulmamışdır, əgər bir uşağı evindən aparıb bir az uzaqda buraxıb tək qoysan, o evini tapa bilməz, dünyada Ruhani Atasız yaşayan insan da haqq yolu Onsuz tapa bilməz. Dünyada bir çox təlimlər tək olan Allaha ibadət etdiklərini desələr də, əslində Allahı tanımırlar, çünki Allahın kimliyini məhz Müqəddəs Ruh açır, çünki O, Allahdan gələn Həqiqət Ruhudur.Bəzi təlimlərdə olanlar da səhf düşünüb inanırlar ki, Allahın Ruhuna malikdirlər, ancaq əslində bu belə deyil, çünki bu Ruh, ancaq İsa Məsihə iman edənlərə verilir, çünki Allah bir oladuğu kimi, Onun dünyada yaratdığı Təlim də birdi, Məsihin Təlimi, Məsih isə dünyaya insan biçimində gələn Allahdır. Heç o insanlarda məsihçilərdə olduğu kimi Müqəddəs Ruhun əlamətləri olmur.Əziz insan, Ata Allahı və Ondan gələn Müqəddəs Ruhu daha yaxından tanımaq istəyirsənsə Müqəddəs İncili duayla oxuya bilərsən, Rəbb sənə Həqiqəti açsın.Unutma ki, sənin bü dünyada əlindən tutan Ruhani Atan və Anan yoxdu. amma O səni hər an qəbul etməyə hazırdı, sən ilk addımını at, o sənə doğru bir çox addım atacaq.İsa Məsihin Adıyla, Amin!

bottom of page