top of page

Dua

YA ALLAH, SƏNİN MÜQƏDDƏS ADINNAN DUA EDİRƏM. BİZİ KAFİRLƏRİN ÖNÜNDƏ RÜSVAY ETMƏ, İSTƏMƏYƏRƏK ETDİKLƏRİMİZ XƏTALARİ BAĞIŞLA, BİZİ SEVDİYİNDƏN DAHA DA ÇOX SEV, VƏ BİZƏ DƏ ÖZ SEVGİNDƏN BOLLUCA VER Kİ, BİZ SƏNİ SEVDİYİMİZDƏN DAHA DA ÇOX SEVƏK.SƏNƏ İNANARAQ SƏNƏ GƏLDİK, SEVƏRƏK İBADƏT EDİRİK VƏ SƏNİN GÜCÜNNƏN AYAQDAYIQ.BİZİM HƏR GÜNÜMÜZÜ BƏRƏKƏTLİ ET, ŞƏRİN FİTNƏLƏRİNDƏN QORU, AĞLİMİZİ VƏ ÜRƏYİMİZİ İŞIQLANDIR Kİ, MÜQƏDDƏS KƏLAMINI ANLAYAQ, BAŞA DÜŞƏK.BİZƏ BİLMƏDİKLƏRİMİZİ BİLDİR, BİZİ ELMLİ ET. BİZİ, BİZİ SEVƏNLƏRİN GÖZÜNDƏN DÜŞMƏYƏ QOYMA.BİZ SƏNİN QÜDRƏTİNƏ İNANIR VƏ GÜCÜNƏ ARXALANIRIQ.AMİN!!!

***

 

Birinci dua.

Kim ki, yenicə Allaha ibadətə başlayıb, ən birinci özünün dəyişməsi barədə çoxlu dua etsin. Bu çox vacibdi, Allahı tanımayan vaxtları bilmədən o qədər günahlar etmişik ki, Şeytan çox kök salıb, ibadətə başlayandan sonra onu özümüzdən atmaq asan iş deyil. Mömini bütpərəstən fərqi böyük olmadı. Allaha dua edin ki, O sizi necə görmək istəyir o cür adama çevirsin. ALLAH hər şeyə qadirdir!

 

***

Haqsızlıq barədə dua.

Allahım, yerin göyün Tək Tanrısı, dualamızı qəbul et, yer üzündəki haqsızlığa son qoy, Öz ölkəmizdə, Ukraynada, müsəlman ölkələrində müharibələrə son qoy. Müharibələrə nifrət etdiyini bilirik, insan qanı axmasına son qoy Bizi bir az da gücləndir, bizi yeni mərhələyə ucalt, dərdlərimizi yox et, ürəyimizdəki qəmi sil. Ya Allah təskinlik ver bizə, müqəddəs peyğəmbərlərinə verdiyin gücü və Ruhu nüsəlmanlara da ver, bizə xilasa naıl olmağımız üçün Haqqı öyrət. Dünyəvilikdən bizi uzaq et, Sənin Müqəddəs Adınla biz dua edirik, dualarımızı qəbul et, səhvlərimizi bağışla, HƏQİQƏTİ aç bizə!!

***

Müsəlmanlar üçün dua.

Ya Rəbb, müsəlmanlara xeyir-bərəkət ver, onlara həqiqəti aç, onların bizə etdikləri təhqirləri bağışla, onları cəzalandırma, onların ağıllarını işıqlandır ki, Sənin Kəlamını anlasınlar, ürəklərini sevginlə doldur ki, insanları sevsinlər, ruhlarını canlandır ki, Xilasın Müydəsini anlasınlar və ona inansınlar.Biz müsəlmanları sevirik, və onların xilasını istəyirik, Sənin Sözlərini onlara çatdırmaq üçün bizi saf et.İsa Məsihin müqəddəs adıyla, Amen!

***

Sevgililər üçün dua

Ya Allah, Sənin Müqəddəs Adınla dua edirik, bizim ürəyimizdə bir-birimizə qarşı olan sevgimizi artır, məhəbbərimiz əbədi olsun, bir-birimizin gözündən düşməyək.Qovuşmağımız üçün olan bütün əngəllikləri aradan götür, Səni çağırırıq ya Rəbb, duamızı qəbul edit. Sevindir bizi, bizi bir-birimizə bağla, bizi xoşbəxt et.Valideylərimizin ürəyinə rəhm sal ki, bizim qovuşmağımıza mane olmasınlar.Sənin hər şeyə qadir olduğunu bilirik, və yalnız Səndən kömək istəyirik. Amin

***

bottom of page