top of page

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

Kasıb oğlan, varlı qız.

Bir gün bir qız sevdiyi oğlana ərə gedir, qız varlı ailədən olur, oğlansa kasıb.Evlənirlər, qız köçür oğlanın evinə, lakin evi yararsız görüb dəhşətə gəlir, deyir yox, mən bu evdə yaşaya bilmərəm, qayıdır ata evinə.Bir müddət ata evində qalır, lakin ərindən ötrü çox darıxır.Və səbri tükənir qayıdır ərinin evinə. Deyir:

şer

Ata evim olsa da nə qədər cazibadar

Sevgilimsiz o mənə görünür çox dar,

Sevgilimin evi nə qədər kasıb olsa da

Mənim üçün behiştdir, çünki orda ərim var

 

Və uzun müddət şad-xürrəm ömür sürürlər.

***

 

 

 

 

 

 

 

 

 

Qəbirstanlıqda.

Sizə bir qorxulu əhvalatı danışmaq istəyirəm.Əvvəl də dediyim kimi insana fikirlər ya Allahdan, ya da Şeytandan gəlir.Allahın Qanunlarını bilən adam, ona gələn hansı fikrin Allahdan, hansının da Şeytandan olduğunu ayırd edə bilir.Mənə tez-tez İblisdən şər fikirlər gəlirdi, o fikirləri oxuyurdum, o mənə tez-tez deyirdi ki, sən az imanlısan, və məni incitmək istəyirdi, Allahı sevən bir insanı imansız adlandırmaq əlbətdə ki, onu incitmək olardı.Mən İblislə danışmıram, çühki, onunla danışmağı Allah möminlərə qadağan edibdir.Lakin, İblis məni tez-tez imasızlıqda günahlandırırdı, mən ona deyil, özümə deyirdim ki, yox mən imanlıyam. Allaha inanıram, Onu sevirəm, fikirləşirdim ki, İblis nə deyir desin, onsuz da Allah üryimdə olanı bilir.Lakin İblis məndən əl çəkmirdi, və mənə elə hey eyni fikri göndərirdi və mənə deyirdi: "imanın varsa get gecə vaxtı qəbirstanlıqda yat" Özü də belə fikir mənə həmişə gecə vaxtları gəlirdi.Mən İblisin dediyi kimi etmək istəmirdim, çünki ona inanmağın günah olduğunu bilirdim, lakin onunla bu prinsipiallıq məni qəbirstanlığa getməyə məcbir etdi.Uzun tərədütdən sonra evdən çıxdım, və qəbirstianlığa doğru getməyə başladım, gecə saat dördə işləmişdi.Qəbiristianlıq bizdən hardasa 2 kim aralıdadı. Mən bir təhər özümü ora çatdırdım, və qorxa-qorxa içəri girdim, qapı açıq idi.Qəbirlərin arası ilə addımladım, çalışırdım ki, baş daşlarına baxmayım, mənə çox pis təsir edirdi.Əvvəl hər şey qaydasında idi, amma sonradan məni vahimə basdı, qorxudan ayağım tutuldu, geri də qayıda bilmədim, oturdum yerə.Sanki ölülərin səsini eşidirdim, sanki ətrafım cinlərlə dolu idi, hər tərəfdə qışqırıq eşidirdim, deyirdilər "məni niyə öldürdülər, mənim günahım nəiydi? aaaaahhh"

 

bir kişi deyir:

Məni nə üçün öldürdülər, nəydi günahım?

 Niyə məni qorumadın mənim Rəbb Allahım??

 

 bir körpə deyir:

Mən körpə ikən öldüm

Bu dünyadan köçdüm,

Nə yedim, nə içdim

Bir gün belə görmədim.

 

Sevgilisindən ötrü intihar etmiş bir oğlan deyir:

Nakam getdim bu dünyadan

Yaşamıram öldüyüm andan,

Kaş ki, olmuyaydım anadan

Çıxdım dünya deyilən zindandan…

 

bəziləri deyirdilər:

Biz getmişik, siz yaşayırsız

Siz bizə həqarətlə baxırsız,

 Rəbbi tanımayaraq ömür sürürsüz

Əslində biz yox, siz ölüsünüz..

 

Mən əllərimi qulaqlarıma tutub bu ah naləni eşitmək istəmirdim, Allaha deyirdim Rəbbim çıxart məni burdan, Sənə qurban olum, qələt elədim Şeytana uydum, keç günahımdan. Və bu duanı edən kimi sanki mənə güc gəldi, ayağım açıldı, yavaş-yavaş ordan çımağa başladım. Qapıya çatmamış bir adam məni qəbirlərin arası ilə gəldiyimi görüb tez qaçıb aradan çıxdı.Qəbirstanlığın işçisinə oxşayırdı, onu səsliyib demək istədim ki, qorxma, ancaq səsim çıxmadı, qorxudan dilim tutulmuşdu.O götürüldü, yəqin elə bildi ki, ölüyəm, xortdamışam. Nə isə qəbirstanlıqdan çıxıb oradan uzaqlaşdım, evə gələndə baxdım saat altıya işləyib.Başa düşdüm ki, hardasa 2 saat qəbiristianlıqda olmuşam.

Əziz dost, yazdığıma inandınmı? amma düzünü de! Əlbətdə ki, mən qəbirstanlıqda olmamışam, qəbirstanlığın adını eşidəndə məni vahimə basır)) .Burda  yazdıqlarımın hamısı yuxuydu, ancaq əvvəlcədən yuxu olduğunu yazsaydım sən maraqla oxumazdın, incimə.

***

 

 

 

 

 

 

 

 

 

Oğlan və qız.

Bir oğlanın bir qızdan xoşu gəlirdi, bir neçə dəfə dalına düşsə də, bir söz deyə bilmirdi.Bir gün cəsarətini toplayıb, qızın qabağını kəsib deyir:

şer

Ey nazlı dilbər, eyibsiz afət

Sənin gözəlliyinə etmişəm biət,

Ölürəm, bir söz de, yox məndə taqət

Sənə vurulmuşam gözəl Mətanət!

 

Qız ona baxıb cavabında belə deyir:

şer

Nə nazlı dilbər, eyibsiz afət?!..

Səndə mən görürəm yoxdur mərifət,

Bunun cəzasını çəkərsən əlbət!

Sən ağılsızsan, ay biçarə bədbəxt...

 

beyt

Könlümdə yoxsan sən, bunu gərək biləsən

Bundan sonra söz desən, demək tərbiyəsizsən!

 

Oğlanın matı-mutu quruyur,  qız çıxıb gedir, o isə bir müddət təəcüb içində donub.qalır.

Nəsihət: Bir qızdan xoşun gəlsə, əvvəlcə öyrənmək lazımdır onun sevdiyi və ya istədiyi var, yoxsa yox, sonra qıza söz de.Xatırlayıram ki, bir qız onun dalına düşən oğlanın başını daşla vurub yarmışdı.Demək ki, hekayədəki oğlan yaxşı qurtarıb.

***

 

 

 

 

 

 

 

 

 

 

bottom of page