
Göz ürəyin aynasıdı, dil yalanın anası.
***
İnsanlar da çiçək kimidi:
1 Bəziləri tez açıb tez də solur
2 Bəziləri gec açib, gec də solur
3 Bəziləri tez açib gec solur
4 Bəziləri də gec açıb tez solur
5 Amma bəziləri heç zaman açmır.
***
Ey saleh, sözü zarafatla deyirlər, sən ciddi de!
Həqiqəti deməkdən çəkinmə, Rəbb səninlədi!
***
Dünyəvi insanla dostluq salehə heç nə verməz, dünyəvi insan mömini həmişə dünyaya sürükləyər, imanlı Allaha.
***
Yemək qarının qidasıdı, Allah Kəlamı ruhun Biri bu dünyada sağ qalmağımız üçündü, o biri Axirətdə
***
Yer üzünə gələn bəlaların, yəni təbii fəlakətlıərdən tutmuş - müharibələrə kimi əsas səbəbi insan günahlarina görədir. İnsan günahı olmasaydı yer üzü Cənnət olardı.
***
Dost ki, sənə hər gün xoş sözlər deyir, o gözündə mələk kimi olur, Amma nə vaxt ki, sənə acı söz deyib xətrinə dəyir, o gözündə əcinəyə dönür.
***.
Ey mömin, dünyəvilikdən uzaq ol, dünyəvilik ürəyindəki imanının atəşini söndürür. Hər cür dünyəvilikdən uzaq ol ki, Allahdan olan gücün tükənməsin.
***
Adam bildiyini söyləməyəndə zəif hesab edirlər, bildiklərini açanda isə - dəli. Amma Allah adamı üçün bildlklərini gizlətmək çərindir, adam istəyir bildiklərini hamı bilsin, və başqaları da Allahdan zövq alsın.
***
Kim nədənsə asılıdırsa, o şey onun bütüdür, insan yalnız Allahdan və Onunun iradəsindən asılı olmalıdır. Allahın iradəsi
qəlbimizdə birinci yeri tutmalıdır.
Ey saleh, Allahı təbliğ etməkdən utamma,
Qoy səni dəli hesab etsinlər, vecinə alma
***
Ey insan, heç vaxt başqa millətin dilinə söymə, lağ da eləmə, o dili o millətini özü deyi, Haqqı Taala Özü yaradıb, və O nəyi yaradıbsa sevib yaradıb.Xalqları yaradan və onları dillərə bölən Allahdı.
***
Ağıllı adam tərifdən qaçar
Səfehsə ona edilən irada xor baxar,
Ağıllı əyri yolnan getsə də məqsədinə çatar
Sevehsə düz yolnan getsə də çaya düşüb batar.
***
Bütün insanlar kişi və qadın sevgisindən dünyaya gəlib, ancaq İsa Məsih Allahın SEVGİSİNDƏN!. Ona görə də heç bir insan İsa Məsih kimi sevə bilməz!
***
Saleh ürəyini daim təmiz saxlar
İmansız qəlbini zir-zibillə doldurar.
***
Salehin dediyi söz sanki şanı balıdı
İmansızın ağzından çıxan söz sanki it yalıdı.
***
Səfehliyin sonu fəlakətlə qurtarar,
Salehliyin sonu bərəkətlə.
***
Şükr olsun aləmlərin Rəbbinə
Halal olsun Rəbbinə həmd edənə!
***
Saleh odur zülm görəndə bağışlayar
Qisas almayıb şəri Allahına tapşırar!
***
İnsanlar Qiyamət Günü 2 şeyə görə Cəhənnəmə atılacaqlar: Birincisi, İsa Məsihin dediklərinə inanmadıqları üçün, İkincisi, Onun dediklərinə əməl etmədikləri üçün.
***
Ağıllı hər şeyi götür-qoy edər
Səfehsə hər şeyə kor-koranə inanar,
Ağıllı axırda Cənnət məkan olar
Səfehsə Cəhənnəm odunda yanar.
***
Qadınların gözündə qəşəng olan qız, oğlanların gözündə gözəldir.
Qadınların nəzərində gözəl olan qız, oğlanların nəzərində möcüzədir.
