
Sükunət.
Sükunət mönin üçün cənnətdi
Səs-küy isə məşəqqət,
İnansanda, inanmasanda
Bu həqiiqətdir ki, hıəqiqət
***
Allah Kəlamı salehçün bəhməzdir, baldır
Kafirçünsə o Kəlam acı qanqaldır,
Saleh Ondan dadar, ömrün uzadar
Kafir inanmıyıb dadsa da nə xeyri olar?
***
Günah xəstəlikdi, günah virusdu
Bir ilan kimi o bizə sarılıbdı,
Əbədi qaça bilməzsən sən ondan bunu bil
Tövbə edərək sadəcə qəlbindən onları sil
***
Mənim Rəbbim qüdrətlidir
Sevgisi də əbədidir,
O bütün insanları sevir
Onlara böyük hörmət edir.
***
Allahımız insan oldu
İnsanlara qurban oldu,
Ona inananların
Günahlarını yudu.
***
Allah insana ağıl, verib ki, o düşünsün
Və hər şeyi görür qoy etsin,
Yaxşıdan yapışıb, pisi rədd etsin.
***
Məsihçi odur ki, hər kəsi sevir
Bütün insanlar üçün o dua edir,
Zülmə məruz qalsa da o bağışlayır
Rəbbin Qanunlarına daim əməl edir!
***
Salehlə kafirin söhbəti.
saleh:
Ey şər olan insan
Allahı sən tanımırsan,
Tövbə et, Rəbbə gəl
O sənə rəhm edər
kafir:
Rəbbə inanmıram
Onu heç anmıram,
Rəbb kimdi? qanmıram
Reallığa mən baxıram
saleh:
Qürur etmə ey insan
Allah var, bunu sən qan,
Onu danma, dön günahdan
Qorx sən öz Yaradanından!
kafir:
Qorxmuram, mən özümə əminəm!
Pulum çox, varlı biznesmenəm,
Bəy də mənəm, lotu da mənəm,
Nə Cəhənnəm? hələ bu aləmdəyəm!
saleh:
Nəyin varsa Ondandı
Bütün xeyir Allahdandı,
Küfr etmə, bir tanı Onu
O sənin Səmavi Atandı!
kafir:
Yaxşı, bir danış Ondan
Kimdi bu "aləmi" Yaradan?
Sən Onu necə tanıdın?
Nə oldu ki, Ona inandın?
saleh:
Allah Təkdir, Müqəddəsdir,
O Ölməzdir, Əbədidir,
Həm Sevgidir, Rəhimlidir,
Eyni vaxtda hər yerdədir!
Kafir.
Boş danışma sən mənə
Dediklıərini sübut elə!
Hər yerə baxıram görmürəm Allahı
O danışdığın Qüdrətli Rəbb hanı?
saleh:
İman sübut tələb etmir
Kafirlə güzəştə o getmir,
Biz görmədən Ona inanırıq
Onu hər şeydən uca sanırıq
Kafir.
Belə-belə işlər qardaş...
Başım qarışıqdı,
sən məndən aralaş,
Yaxşısı mən reallığa inanım
Onu mən hər şeyim sanım…
saleh:
Sənlə söhbət etmək mənasızdı
Sənin üçün yalnız dua etmək lazımdı,
Həqiqəti bilmən üçün,
Və Rəbbi tanımağım üçün
Sənin üçün dua edəcəm
Rəbbdən bağışlanmanı diləyəcəm
***
Kaş Cəhənnəm olmıyayadı
İnsan odda yanmıayaydı,
Xilas olub qurtulub
Cənnətdə yaşıyaydı.
***
Ey müsəlmanlar
Qurana inananlar,
İsanın ölümün danmayın
Şeytana aldanmayın,
Qəflətdən ayılıb
Rəbbi arıyın!
***
Şer
Ey Məhəmməd ümməti
Bəsdir etdin təkzibi,
İsa Rəbbin Oğludur
Et nəhayət biəti!
***
Bu Xilafət aləmində mən bir damlayam
İslam dəryasaında kiçik bir adayam,
Lakin qorxutmur məni böyük Əl-İslam
Çünki tək deyiləm, Rəbb Tanrıylayam!
***
Ləhnət etmə ey bəndə
Bu günahdır, inan Rəbbə
Ləhnət ikibaşlıdır, qorx özün də,
Belə deyirlər bizdə eldə.
***
Ya Rəbb, al qoynuna, bu sevdiyin körpəni
Qucaxla, öp, bağrına bas Sən məni,
Ruhunla oxşa, sev və təmizlə
Mənim Səni sevən bu ürəyimi.
***
Ya Rəbb, eşqinlə məst olmuşam
Sevginlə, sevincinlə dolmuşam,
Səni sevmək, Sənə toxunmaq nə xoş
Şöhrətinlə, qüdrətinlə coşmuşam.
***
Rəbbimizin Ruhu sevgi gölüdür
Bu göldə üzən can çıxmaq istəməz,
Sevginin bulağı Rəbbin Özüdür
Bu bulaqdan içən şəxs bir də qəm yeməz
***
Allahı sevin, ey insanlar!
Odur Rəbbimiz Külıli-İxtiyar,
Rəbbini sevən ən xoşbəxt olar
Ona yaxın olandır alı bəxtiyar.
***
Rəbbin Kəlamı ruhun çörəyidir
O çörəkdən yeyən daim güclənər,
Rəbbin Qanunları yol göstərir
Onlara əməl edən izzətlənər.
***
Rəbb məhəbbətdir, sevgisi əbədidir
Rəbb sevgisi yanında insan sevgisi nədir?
İnsan bu gün sevər, sabah nifrət edər
Rəbb isə ancaq əbədi sevgiylə sevər!
***
Ey müsəlmanlar!
Əl-İslamda olanlar
Sözlərimi dinləyin
Mənə bir diqqət verin,
Məsih olan İsa
Rəbb Allahın Oğludur,
Göydən gələn Xilaskar
Həqiqət və Doğrudur,
O həm Allah Kəlamı
Həm də Rəbbin Ruhudur,
Bizlər Adəm övladı
O isə Allah Oğludur,
Son peyğəmbər olan,
O Həzrətin Özüdü
Biz ölməli idik,
O bizim üçün öldü
Yalnız Ona inanın,
Rəbbə gedən bir Yoldur.
Behiştdəki hökmdar,
Sultan olan da Odur,
Xilaskarınız kimi,
Onu qəbul edin ki,
Xilas olub qurtulub,
Cənnətdə yaşayasız,
Əbədi həyat alıb
Çox xoşbəxt olasınız,
O sizləri çox sevir
Xilasınızı istiyir,
Haqq Müydəyə inanın
Siz nəhayət oyanın,
Rəbb Məsihə inanıb
İmanda bərk dayanın!
***
Ey müsəlmanlar
Əl-İslamda olanlar
Zəkat, sədəq verib,
Hər gün namaz qılanlar,
Sözlərimi eşidin,
Öyüdlərimi dinliyin,
Allah Adəmə dedi
Günah etmə nabəda,
Günah etsən sən bil ki,
Öləcəksən o anda,
Günah etdi Adəm
Bilmədən, istəmədən,
Ruhən ölərək o gün
QovulduCənnətindən,
Bundan sonra insanlar
Günaha başladılar,
Rəbbə üsyan edərək
Ona asi oldular
Bunun üçün ölürük
Torpağa gömülürük,
Günah edən hər bir can
Köçməlidi dünyadan,
Xeyirxah olduğuçün
Rəbbin yazığı gəldi,
Xilas yolu düzəldib
Bizə müjdə göndərdi.
Haqq Müjdəmiz budur ki,
Məsih bizlərçün gəldi,
Günahlarımız üstündən
Əbədilik xətt əkdi,
İncili oxuyun ki,
Həqiqəti biləsiz,
Əsl Rəbbi tanıyıb
Düzgün həmd edəsiniz,
Allaha bir yol gedir
O da İsa Məsihdir,
Buna inanmasanlz
Sonra peşman olassız.
