top of page

Ruhda və xəyalda gördüklərim və eşitdiklərim.

 

Bu görüntüləri Allah mənə müsəlmanları ağah etməkdən ötrü göstərib.Allah hər bir insanın Həqiqəti bilib xilasa nail olmasını istəyir, bunun üçün də əbədi ölümə gedənləri müxtəlf yollarla xəbərdar edir.Həqiqətən Tanrını ürəkdən axtaranlar Onu tapacaq.

 

Qara göyün altındakı insan kütləsi.

1 ci –V ə h y

1 Mən xəyalımda qaranlıq göyün altında böyük bir insan kütləsi gördüm,

2 Və o an bu kütlənin İman Əhli, yəni müsəlmanlar olduğunu anladınm.

3 Bu kütlənin üzərində par-par parıldayan işığa bənzər bir Nur gördüm, O canlıydl və danışa bilirdi.

4 İnsanların bəziləri başlarını qaldırıb Onu görürdülər, lakin həddində də çoxu görmürdülər,

 5 Mən anladım ki, onların  gözləri kordu, ona görə də Onu görmüdülər.

6 Bunu biləndə mən çox təcübləndim və çox qorxdum.

7 Bu Nurun nə olduğunu bilməyi çox istədim.

8 O mənim ürəyimdəki təəcübü və marağı bilib Özü cavab Verdi.

9 Və dedi ki; “Ey Allahın sevdiyi, mən bu dünyanın Nuruyam

10 Bu insanların çoxü üçün Sirrəm, bunların çoxu Məni ancaq Qiyamət Günü tanıyacaq”

11 Və bunları eşidəndə mən çox pis oldum və ağlamağa başıadım.

12 Mən çox istədim ki, hamı Onu görsün, amma heç nə edə bilmədim...

 

Cin mələk döyüşü

2 ci –V ə h y

 

1 Mən ətrafımda məni qoruyan mələkləri gördüm.

2 Onlar ağ paltarda idilər və əllərində siyirmə qılınc məni dövrəyə almışdılar və arxaları mənə tərəf idi, onlar məni qoruyurdular.

3 Mən cinləri də gördüm, onlar qara paltarda idilər və əllərində qılınc mələklərə hücüm çəkirdılər,

4 lakin onlar hər dəfə hücüm çəkəndə mələklər onları qırıb çatırdılar,

5 Və mələklər onları  qılıncla vuranda onlardan qan əvəzinə qatı tünd qırmızı rəngdə maye və tüstü çıxırdı.

6 Döyüş o qədər də uzun çəkmədi, amma qırılan ancaq cınlər oldu.

7 Onların cəsədləri leş-leşə düzüldü, amma mələklərdən bir dənə də olsun ölənini görmədim.

8 Mən başa düşdüm ki, onlara, yəni mələklərə böyük ilahi güc verilmişdi və onları öldürmək mümkün deyildı.

 

Qiyamət Günü və peğəmbərlər.

3 cü –V ə h y

 

1 Mən bütün peyğəmbərləri Allahın hüzürunda duran gördüm, onların sayı minlərlə idi.

2 Mən Allahı görmədim, amma sanki günəşə bənzəyirdi, və Ona baxmaq mümkün deyildi.

3 Peyğəmvərlərin içində biri də var idi ki, O başqalarına bənzəmirdi.

4 O üzə çıxdı və mən gördüm ki, Ondan saçan nur, Allahdan saçan nura çox oxşayır.

5 Və mən onun Kim olduğunu anladım; Bu nəsranilərin peyğəmbəri olan İsa Məsih idi.

6 Mən bir çox ilahi varlıqlar da gördüm, onlar da  İsaya bənzəyirdilər, və onlar sevinirdilər, çünki bu günü çoxdan gözləyirdilər.

 

Gülüstan

4 cü –V ə h y

 

1 Böyük bir Xiyaban gördüm, xiyabanın da üstündə 3 rəngli göy qurşağı varıydı.

2 Xiyaban başdan başa bütünlklə gül-çikəkdən ibarət idi.

3 Amma gün-çiçəyin hamısı tumurcuq idi, və hələ açmamışdılar.

4 Sonra görüm ki, göydən işıq gəldi və Allahın Ruhu bəzi güllərin üstünə düşdü və onlar dərhal çiçək açdı.

5 Güllər çiçək açan ki, aləmə nur saçdılar və ətraf əməlli başlı nurlaşdı.

6 Bir müddət sonra çiçək açan güllər soldu və qurudu, lakin onlarda olan nur sönmədi, göyə qaxdı.

7 Güllərdən hər bir neçə mindən biri çiçək açıb soldu, qalan bütün güllər çiçək açmayaraq tumurcuq ikən solub qurudu.

8 Bu Gülüstan dünyanın ən böyük xalqlarından biridi.

 

Əjdaha və ona inananlar

5 ci –V ə h y

1 Dünyaya kənardan baxdım və məğribdən məşriqə kimi saysız-hesabsız insan kütləsinin “Müqəddəs” sayılan şəhərdə oturan Əjdahaya səcdə qıldığını gördüm.

2 İnsanlar gündə ona bir neçə dəfə səcdə qılırdı və o, onlar ona hər dəfə səcdə qılanda zövq alırdı və başını yuxarı qaldırıb nərildəyirdi.

3 Lakin insanlar onu nə görür, nə də eşidə bilirdi.

4 Bu əjdaha insanları haqq yoldan azdıran İblisin özü idi.

5 O, Tanriya layiq olan Adı özünə götürmüşdü və insanları onu bu adla çağırmağı öyrətmişdi.

6 Bu səcdə qılan insanların çoxu Tanrıya ibadət etdiklərini düşünürdü, amma əslində onlar Şeytana ibadət edirdilər.

7 Şeytan insanlara yalan təlim öyrədir, və Həqiqi müjdəyə zidd müjdə verərək insanları aldadır, və onları əsasən 3 şeylə ruhlandırıb aldadırdı, vu 3 şey də əbədi həyat, əbədi nemət  və əbədi cinsi əlaqə.

7 O elə bir kitab hazırladı ki, insanlar onu oxuyanda çox təəcübləndilər, və o kitabın Allahdan olmasına inandılar, və o kitaba böyük hörmət etdilər.

8 İblis bu insanlara göydə və yerdə daha bir çox əlamətlər göstərdi, və insanlar bunu görərkən ürəklərində onun  təliminə inamları bir az da artdı.

9 Bu insanların yaşadıqları yerlər Tanrının Xalqının yaşadıqları yerlərdən pis idi.Onların yaşadıqları yerlər əsasən səhralardan və düzənliklərdən ibarət idi, bu da onlara gələcəyi görən Tanrı tərəfindən bir cəza idi.

10 Onların yaşadıqları ölkələrin sayı 66, Əjdahanın qanadlarının sayı 666,  “Müqəddəs” saydıqları kitabdakı cümlələrin sayı da 6666 idi.

 

 

Nəsranilər və onların daxilindəyi nur.

6 ci –V ə h y

 

1 Yer üzündə yaşayan bütün insanları; Allaha ibadət edənləri və ibadət etməyənləri gördüm.

2 Amma bunların arasında bir firqə varıydı ki, başqalarından seçilirdi, və bu da nəsranilər idi.

3 OnlarIn çoxunun içində nur varıydı, və onlar dua edəndə onlardan saçan nurun parıltısını gurlaşdığını gördüm.

4 Və insanların çoxu onlardan saçan nurun ətrafına yığışdı.

5 Mən müsəlmaları və başqalarını da gördüm, ancaq onların içində nur yox idi. 6 Mən göydə uçan bir mələyi də gördüm, o mənim təəcüb içində baxdığımı görüb mənə dedi;

7 "Niyə təəcüblənirsən, ey Allahın sevdiyi? O nəsranilərin daxilindəyi nur Allahım Ruhudur ki, onlar Allahdan istədiyi üçün verilib, amma İman Əhli (yəni müsəlmanlar) istəmədiyi üçün onlara veilməyib"

8 Mən çox istədim ki, İman Əhlinə də bu Ruhdan verilsin, və çox üzüldüm...

 

İnsanların cinləri necə qovması.

7 ci –V ə h y

1 Yer üzündə insanların cinləri necə qovduqlarının şahidi oldum.

2 İnsanlar onları müxtəlif adlarla və sözlərlə qovmağa çalışırdılar, lakin, bir tək nəsranilərdən başqa onların heç birində alınmırdı.

3 Onlar, yəni nəsranilər o cinləri (hansılar ki, bəziləri böyük idi, bəziləri kiçik, güclüləri və zəifləri də var idi) öz peyğəmbərinin adıyla qovurdular.

4 Onlar O Adı çəkəndə (yəni İsanın adını) Allahdan od yağıb onları külə döndərirdi, və onlar qaçırdılar.

5 Onun adıyla nəsranilərin daha bir çox möcüzələrinin şahidi oldum, lakin yer üzündə yaşayan insanlarının çoxu bu Adın gücündən bixəbər idi, və ancaq o Günü (yəni Qiyamət Günü) O Adın niyə möhtəşəm olduğunu biləcəklər, və bir çoxları bunu gec bildlikləri üçün çox ağlayacaq, lakin bunun bir xeyri olmayacaq,

6 Əbədi Yaşayan onları, Onun Sözünə inanmadıqları üçün bağışlamayacaq.

 

Quyular və quyulardakı adamlar.

8 ci –V ə h y

1 Saysız hesabsız dərin quyular gördüm və onların içində çabalayan insanları.

2 O quyuların içində İman Əhlindən də çox olanı var idi.

3 Onlar ha çabalayır, lakin çoxu quyulardan çıxa bilmirdələr, onların bəziləri dincini alır və bir də çıxmağa cəhd eliyirdilər, az qismi çıxır, lakin böyük bir hissəsi isə çıxa bilmirdi.

4 Onların bir çoxu ümidsiz halda quyularda oturmuşdu, hətta mübarizə belə aparmırdılar.

5 Xilasa nail olmaq üçün onlar o quyulardan çıxmalı idilər, bəzilıəri bunu bilir, bəziləri isə bilmirdilər.

6 O quyular Şeytanın qazdığı qürur quyuları idi.

Böyük kitab

9 cu –V ə h y

1 Mən insanların böyük bir kitabı oxuduğunu gördüm, və anladım ki, bu Əl-Qurandır.

2 Lakin, oxuyanların çoxu o kitabda bəhs edilən Nurun həyatını araşdırmadılar.

3 Və Qiyamət Günü çox peşmançıq keçirəcəklər, ancaq O Gün  peşmançılığın bir faydası olmaz.

 

Yalançı peyğəmbər və İsa Məsih

10 cu –V ə h y

1 Ya İman Əhli, yer üzündə yalançı peyğəmbərlər çox olub, lakin bunlardan biri var ki, Qiyamət Günü siz onun yalançı olduğunu biləndə dəhşətə gələssiniz.

2 O Dəhşətli Gün siz iki şeyə görə çox təcüblənəssiniz; Birincisi - həmin peyğəmbərin yalançı olduğunu biləndə, ikincisi isə - İsa Məsihin kim olduğunu biləndə.

 

Böyük qara göl və balıqçılar

11 ci –V ə h y

1 Mən böyük bir göl gördüm, gölün süyü qara rəngdəydi, və gölün ətrafında çoxlu balıqçılar var idi.

2 Onların bəziləri oturmuş halda tilovlarını atmışdılar, bəziləri də ayaq üstə.

3 Ayaq üstə olanlar həyəcanlı idilər, mən hiss elədim ki, onlar çox tutmaq istəyirdilər və buna görə də onlar ayaq üstəydi və narahat idilər.

4 Mən fikir verdim ki, onların tilovlarına "Allah Kəlamı" sözü yazılıb, və ən təcüblisi də bu idi ki, onlar balıq deyil, adam tuturdular, mən bunu görəndə çox qorxdum, çünki çox qəribə mənzərə idi.

5 Və bir səs mənə dedi ki; "Ey Allahın sevdiyi, qorxma, onlar Allah Taalanın seçdiyi kimsələrdi, o adamları yemək üçün deyil, Allah üçün tuturlar ki, həmin adamlar da ömrünü Allaha həsr etsinlər"

6 Mən diqqətlə baxdım ki, balıqçıların bəzilərinin tilovu yox idi, amma onlar da boş durmurdular, və balıqçıların çox insan turması üçün dayanmadan dua edirdilər.

7 Balıqçıların elələri varıydiki həddən çox insan tutur, çox sevinir, və bu işdən zövq alırdılar, amma onlardan bəziləri də var idi ki, az tuturdular, bir başqaları da var idi ki, səbrsizlik göstərib tilovlarını atıb oradan uzaqlaşırdılar.

8 Uzaqlaşan balıqçılardan bəziləri yenə qayıdıb tilovlarını götürüb yenə gölə atırdıar, lakin onlardan bir çoxları geri qayıtmadı.

9 Bu mənim son günlərdə gördüyüm ən qəribə mənzərələrdən biriydi və çox qorxuluydu.

10 Və Allah məndən istədi ki, xəyalımda gördüklərimi burada yazım.

11 Mənim yazdıqlarımı bəziləriniz tez anlayacaq, bəziləriniz gec, və bir çoxlarınız bu dünyada heç zaman.

 

Ağ əbalı peyğəmbər.

12 ci –V ə h y

1 Yerin düz mərkəzinə yaxın hissəsində mən ağ əbalı bir peyğəmbər gördüm.

2 Ondan nur saçırdı və bu nur bütün dünyanı işıqlandırırdı.

3 O adamın yanında böyük bir izdiham var idi və O hansı tərıəfə gedirdisə o insan kütləsi də Onun arxasınca geirdi.

4 O Həqiqəti yer üzünə yayırdı.

4 Qoyun balaları ac qarına analarına tərəf necə qaçırsa, bir çox insanlar da o adamdakı nuru görüb sevinə-sevinə və böyük təəcüb içində Onun nurunun işığına tərəf qaçırdı.

5 Lakin insanların bir çoxu Onun  nurundan qorxub qaçırdı, və onlar əllərini üzlərinə elə tuturdular ki, sanki qorxurdular ki, Onun nurunun işığı onları kor edəcək.

6 Şeytanın və cinlərin hamısı Ondan saçan nurdan qorxurdu və qorxu içində Ona tərəf baxırdılar.

7 Onlar istəyirdilər ki, O nuru söndürsünlər ki, insanlar Onun ətrafına toplaşmasınlar, lakin Ona heç nə edə bilmədilər.

8 Və bir müddət sonra o adam göyə, Allahın yanına qalxdı, lakin nuru yerdə, ona inanalarda qaldı.

 

Həqiqi Sahib əz-Zaman.

13 cü –V ə h y

1 Bir çoxları başqalarina ümid verərək gələcəkdə gəlib yer üzündə ədaləti bərpa edəcəyini deyib, amma mən nəsranilərin peyğəmbərindən başqa gələni görmədim.

2 Onun gəlişi çox möhtəşəm olacaq, O buludların üzərində aləmə nür saça-saça, müqəddəs mələklərin əhatəsində göydən yerə enəcək, və bütün dünya Onun gəlişini görüb çox təcüblənəcək.

3 Bütün ümmətlər, İman Əhli də Onun gəlişini görüb Ona biət edəcək.

4 O yerin mərkəzinə yaxın bir yerdə taxtını quracaq və dünyanı ədalətlə idarə edəcək və insanlar Onu, yəni Zamanın Sahibini çox sevəcək və gecə gündüz Ona şükr edəcək. 5 Həqiqətən Onu gəlişi çox möhtəşəm olacaq, yer üzündə müharibələrə, əxlaqsızləğa və bütün pis əməllərə son qoyulacaq, çünki O Qüdrətlidir və eymi zamanda hər yerdədir və Onun qorsusundan insanlar artıq günah etməyəcək.

 

Əhlil İman sahəsi və ağ libası adamlar

14 cü –V ə h y

Əzizlərim, sizləri çox sevirəm və sizin qurtuluşunuzu çox istəyirəm və və Allah ürəyimdəkiləri görür və mən sizi düşündükcə, O mənə, sizə aid bir çox görmələr göstərir. Onlardan biri də budur:

1 Görürəm ki, yaxşı bellənmiş böyük bir əkin sahəsi var, və sahəyə “Əhlil İman” sahəsi deyildiyini eşitdim.

2 Sonra gördüm ki, ağ libaslı adamlar, hansılar ki, onların içində kişilər də var idi, qadınlar da, uşaqlar da, cavanlar və qocalar da - əkin sahəsinə doğru gəlməyə başladı. 3 Onlar hamısı bir yolnan gəlirdi, və gördüm ki, hamısının - uşaqların da, böyüklərin də başında qızıldan tac var idi.

4 Və ən qəribəsi də bu idi ki, mən özümü də həmin adamların arasında görürdüm.

5 Onların hamısında xurcun var idi, və xurcunlarına "Allah Kəlamı" sözü yzılmışdı.

6 Və onlar başladılar sevinə - sevinə və oxuya-oxuya sahəyə toxum səpməyə, və hamısı da eyni mahnını oxuyurdu.

7 Onlar sahənin böyük bir hissəsinə toxum səpib, gəldikləri yolnan da geri qayıtdılar.

8 Onların gedəndən sonra gördüm ki, sahədən müxtəlif rəngli və ətirli güllər və çiçəklər çıxmağa başladı.

9 Və bir müddət sonra yerin cürbəcür vəhşi heyvanları və göyün quşları sahəyə hücum çəkməyə başladı.

10 Onlar yem üçün deyil, məhv etmək üçün gəlmişdilər.

11 Heyvanlar ağızları və pəncələri ilə, quşlar dimdikləri və caynağları ilə və nifrətlə gül-çiçəyi məhv etməyə başladılar.

12 Və bir müddət sonra əldən düşüb çıxıb getdilər.

13 Onlar gedəndən sonra ağ libaslı adamlar yenidən həmin yolnan sahəyə gəldilər.

14 Onlar gül-çiçəyin bir hissəsinin məhv olduğunu görüncə üzülsələr də, zərər çəkməmiş gül-çiçəkləri sevinə-sevinə  və Allaha həmd edə-edə yığmağa başladılar.

15 Və zərər çəkməmiş bütün gül-çiçəyi dərib həmin yolnan da çıxıb getdilər.

 

Allahın ordusu və Şeytanın otdusu arasında böyük döyüş.

15 ci –V ə h y

 

1 Mən böyük bir döyüş meydanı gördüm, və bu meydanda iki böyük ordunun üz-üzə gəlməsinin şahidi oldum, bunlardan birinin Şeytanın cin ordusunun olduğunu anladın, çünki onları əvvəllər də görmüşdüm, lakim bu miqdarda yox.

2 Onlar abbasi ərəb orduları kimi qara geymişdi, və hamısi yaxşı silahlanmışdılr.

3 Onların başlarında dəbilqə, əyinlərinda zireh, və zirehin də üstündən qara libas var idi və hamısı yaxşı silahlanmışdılar.

4 Silahları:uzun nizələrdən, əyri qılınclardan, və oxlardan ibarət idi.

5 Onlar bədheybət görünürdü və aslan dişlərinə oxşar dişləri və uzun saçları var idi, ucadan bir ağızdan nərildəyirdilər.

6 Onlar bölük-bölük düzülmüşdülər və hər bölüyün öz bayrağı var idi.

7 Bayraqlar hamısı qara rəngdəydi, lakin hər bölüyün bayrağına cürbəcür belə sözlər "Namus", "qəzəb","şəhvət","zina" "cinayət","intihar","içki","yalan","kin","nifrət","şər" və digər xaşagəlməz sözlər yazılmışdı.

8  Onların qabaqlarında və arxalarında hər millətdən olan saysız hesabsız insan kütləsi gedirdi.

9 O insanları onlar, özləri üçün döyüşmək üçün qabaqlarına və arxalarına qatıb aparırdılar.

10 Və onların çoxuna qılınc verilmişdi, və onlar bir birinə zəncirlənmişdilər.

11 Onların bir çoxu cinlər üçün vuruşmaq istəmirdilər, lakin məcbur idilər, amma bir çoxları özləri könülü istəyirdilər vuruşmağa, və çox çalışırdılar.

12 Mən onlara qarşı dayanan Allahın ordusunu da gördüm, düzdü Allahın ordusu sayca az idi, lakin onların zirehlərinin, qalxanlarının və digər silahlarının daha yaxşı və güclü olduğunu gördüm.

13 Onların hamısının əynində zireh, əllərində böyük qalxan, uzun nizə və iti qılınclar var idi.

14 Onların içində qocalar, cavanlar və uşaqlar, hətta qadınlar da var idi.

15 Onların hamısının başlarında qızıldan tac var idi və əyinlərindəki zirehləri, hətta qılıncları və qalxanları da qızıldan idi, əyinlərində də ağ qızıllı rəngdə libaslar var idi, və bunu zirehin üstündən geymişdilər.

16 Onların qalxanlarına "İman" qılınclarına isə "Allah Kəlamı" sözü yazılmışdı.

17 Bu ordunun düzülüşü sanki cəngavər xaçlı ordularının düzülüşünü xatırladırdı, lakin mən onların nə bayraqlarında, nə əyinlərində, nə də qalxanlarında xaç görmədim, 18 Bayraqlarına da "Sevgi", "Sülh","Mərhəmət", "Allah Kəlamı" və digər xoş sözlər yazılmışdı.

18 Cin ordusu onları görən an onları oxa tutub hücüma keçdilər, lakin mən Allahın əsgərlərindən yaralanları görsəm də, ölən olduğunu görmədim.

19 Və onlar da Şeytanın ordusuna qarşı hücüma keçdilər.

20 Mən döyüşü izləyəndə onların nə üçün döyüşdüyünü anladım, döyüş cinlərin əsirliyində olan inasanların canı uğrunda gedirdi.

21 Allahın ordusu irəliləyib cinlərin dustaq etdikləri saysız hesabsız insanları azad edirdilər və mən fikir verdim ki, onlar insananları öldürmürdülər, lakin tərk-silah edib öz tərəflərinə çəkirdilər və xilas olanlar iki əllərini göyə qaldırıb Yaşayan Allaha həmd edirdilər.

22 Lakin bir çox insanlar onlar tərəfə keçmək istəmirdi, və cinlərin tərəfində onlara qarşı hey döyüşürdülər, onlardan hədsiz əldən düşənləri isə cinlər özləri öldürürdülər, və Allahın ordusuna tərəf keçmək istəyənləri də onlar öldürürüdülər.

23 Lakin buna baxmayaraq, Allahın ordusu saysız hesabsız ümmətlərdən olan insan kütləsini dustaqlıqdan azad etdilər.

24 Allahın ordusunun başında ağ atın belində, başında çoxlu tacları olan bir cəngavər döyüşürdü.

25  O hamıdan seçilirdi və döyüşə rəhbərlik edirdi, və onlar nə qədər adam azad etdilərsə də O cəngavərin sayəsində azad etdilər.

26 Onun gözləri sanki alov kimiydi, və aslan nərə çəkən kimi nərə çəkirdi və şir kimi döyüşürdü.

27 Mən döyüşün necə qurtaracağını görmədim, lakin sahsız-hesabsız insan kütləsinin azad olunmasını görüb çox sevindim, və azad olanlara da özlərindəki kimi döyüş silahları və zireh verildi.

28 Azad olunananların içində İman Əhlindən də çox olanı var idi, onların sayı milyonlarla idi, və xilas olunanda çox sevinirdilər.

 

Cinlər.

16 cı –V ə h y

1 Mən  cinləri bölü-bölük oturan gördüm, onlar öz aralarında danışıb gülür, lağ-lağı edir, və söyüşlə zarafat edirdilər.

2 Onların danışıq tərzi yekəxana və avara oğlanların, və əxlaqsız qadınların danışıq tərzinə çox bənzəyirdi.

3 Və onların danışığını eşidəndə mən anladım ki, insanları onlar özlərinə oxşadıblar…

 

NUR

17 ci –V ə h y

1 Yerin düz mərkəzinə yaxın bir hissəsində mən bir nur gördüm, ondan saçan nur bütün aləmi nurlandırırdı.

2 Və mən gördüm ki, bu nur olduğu yerdən çoxalmağa başladı, və aləmə yayıldı.

3 Şeytanın, onun cınlərinin və yoldan azdırdığı ümmətlərin, hansılar ki, aralaraında saysız hesabsız müsəlmanların da olduğu insanların bu nuru məhv etmək istədiyini gördüm.

4 Onlar çalışırdılar ki, bu nur daha aləmə yayılmasın, və ona görə də onu məhv etmək istəyidilər və bəzən onun qarşısını müəyyən müddətə ala bilirdilər, lakin əbədi yox, çünki onun yayılması Haqqı Taalanın istəyi idi.

5 Və nur aləmə yayıldıqca dünya daha da nurlanırdı.

6 Bu nur dünyada ən çox çap olunan kitabdır.

Cinlər və xəstəliklər.

18 ci –V ə h y

1 Böyük bir sahə gördüm, sahədə dəstələrə bölünərək saysız hesabsız cin ruhları varıydı.

2 Onlar bardaş qurub yerdə oturaraq kiçik dəstələrə bölünmüşdülər.

3 Onlar insan kimi gülüb zarafat edərək bir biriləri ilə söhbət edirdilər.

4 Onların nə danışdığını anlamadım, lakin fikir verib gördüm ki, onların alınlarında belə sözlər yazılıb;"Spid", "xərçəng", "vəba", "taun", "qarayara", "ebola", və s.

5 Mən anladım ki, sən demə yer üzündə xəstəlıik yaradan bu cin ruhları imiş.

6 Bu xəstəliklərin çoxu 6 minillik dünya tarixinda mövcud olub, və bir çox insanları qırmışdı, bəziləri indi də dünyada mövcuddur, lakin ən dəhşətlıləri hələ dünyada yoxdur, onlar öz vaxtını gözləyir, və onlar zühur edəndə bir çox insaları məhv edəcək.

7 İnsanlar bu xəstəlıklərdən qurtulmaq üçün özlərinə ölüm diləyəcək.

8 İnsanlar Allahın Yeganə Oğluna inanmadıqlarına görə, Allah da onlara bu bəlaları göndərəcək, lakin bütün bu bəlalar evlərində Onu qanı (yəni Məsihin) olanlardan yan keçəcək, və onlara zərər verməyəcək.

 

Ümmətlər və onların üzərinə çökmüş cin ruhları.

19 cu –V ə h y

1 Ey sevimlilərim, xəyalımda gördüyüm görüntülərdən biri də budur:

2 Görürəm ki, dünyaya kənardan baxıram, və dünyada saysız-hesabsız ümmətləri topa halında, ayrı-ayrılıqda cəm olduğunu gördüm.

3 Onlar cürbəcür rəngdə olan libaslar geymişdilər:yaşıl, ağ, qara, qırmızı, çəhrayı və s.

4 Bu cəmləşən insanların başqa-başqa dinlərdə olduğunu başa düşdüm.

5 Və bu ümmətlərin üzərinə İblisin müxtəlif cinləri çökmüşdü, və o cin ruhları qanadlərı ilə o firqələri örtmüşdü və hərəsi öz firqəsini başqasından qoruyaraq tək özü onlardan istifadə edirdi.

6 Yaşıl və ağ rəngdə olan ümmətin üzərinə çökmüş cin ruhu başqalarından iriliyi və gücü ilə seçilirdi, və qanadlarının sayı da o birilərindən çox idi, qanadlarının cəmi sayı 666 idi.

7  Və mən Həqiqi Allaha ibadət edənlərin o cin ruhlarına qarşı savaşdığını da gördüm.

8 O adamlarda ilahi güc var idi, və cin ruhları o adamlardan çox qorxurdu, və insan zəhərli ilana necə qorxa-qorxa baxırsa, onlar da həmin adamlara elə baxırdı, və kürd toyuq necə kimsəyi cücələrinə yaxın buraxmadığı kimi, o cinlər də o adamları çalışırdılar öz ümmətlərinə yaxın buraxmasınlar, bəzən buna müəssər olsalar da, çox vaxt buna müəssər olmurdular, və ilahi gücə sahib olub, yaşayan Allallahın möhürünə sahib olan o adamlar bir çox insanları o cinlərdən azad etdilər.

9 Azad olunmuşlar sevinərək Yaşayan Allaha həmd edərək Ona səcdə etdilər.

10 Cinlər o ümmətləri Cəhənnəm üçün qoruyub saxlayırdılar.

11 Və uzun müddət sonra Allah Taala bütün ümmətləi bir anda yox etdi, və gördüm ki, yer üzündə İsa Məsihin ümmətindən başqa bir ümmət qalmayıb.

12 İlahi gücə sahib olan o adamlar, və cinlərdən azad olunmuşlar Onunla bir yerdə səltənit sürdülər.

 

Göyə qalxan yol və vəhşi it.

20 –ci V ə h y

1 Ruhda gördüyüm görüntülərdən biri də budur:

2 Görürəm böyük bir yol var və bu yol yerdən göyə qalxır.

3 Yol ensiz, lakin həddən artıq uzun idi.

4 Bu yolla çoxlu insan gedirdi və yolun kənarında zəncirli vəhşi it varıydı.

4 Bu vəhşi it çox böyük idi və gələnlərə dayanmadan hürür, və insanların bu yolla göyə qalxmasına mane olmaq istəyirdi.

5 Yolla gednənlərin bəziləri itə belə baxmadan, bəziləri itdən qorxsa da, yenə yolnan getməyə davam etdi.

6 Lakin həddən çox insanlar itdən qorxub geri qayıtdı.

7 Bundan əlavə saysız-hesabsız insan kütləsi yolun ətrafında dayanmışdılar.

8 Onlar yola belə baxmırdılar, yolnan yuxarı qalxanların çoxu həmin insan kütləsini  özlərinə tərəf çağırsalar da, onlar çağıranlara məhəl qoymuyub yola tərəf gəlmədilər, bəziləri hətta çağıranlara gülürdülər.

9 Onların yola tərəf  baxmadığımı görüb, mən elə zənn etdim ki, onlar kordurlar, lakin asan gəzib dolaşdıqlarına görə başa düşdüm ki, onlar kor ola bolməzlər.

10 Və bir müddər sonra hər şey yox oldu, yol da, vəhşi it də və insanlar da.

11 Sonra gördüm ki, Qiyamət başladı, və it də, itdən qorxub geri qayıdanlar da, və çağırılıb yolla getməyən bütün insanlar da odlu gölə atıldı.Bu ikinci və əbədi ölümdü.X

12 Xilas olunanlar yalnız yolnan göyə qalxanlar oldu və onların hərəsinə qızıldan bir tac verildi.

 

Nəşə

21 –ci V ə h y

 

1 Mən insan kütləsini və onları dövrəyə alan cinlərin harasa getməsini gördüm.

2 İnsanların hamısı oğlanlar idi, və bir nəfərdən başqa onların hamısının qollarının bağlı idi.

3 İplər ruhani idi, əslində oğlanlar qollarının bağlı olmasını bilmirdilər, çünki realda onlar bunu hiss etmirdilər.

4 Onları dövrəyə alan cinlər qara geyinmişdi, və onları harasa aparırdılar.

5 Cinlər hərbi geyimdə idilər və çox deyildilər.

6 Ən qabaqda başçıları gedirdi, o əllərini arxasında tutub hökmdar və zabit kimi gedirdi.

7 Ondan arxada isə bayraq tutan gedirdi, tutduğu bayraq qara rəngdəydi, və bayrağa "GÜNAH" sözü yazılmışdı.

8 Oğlanlarin içində qolları bağlı olmayan bir oğlan var idi.

9 O ağ paltarda idi, o saqqalı, yaraşıqlı və gülərüz idi.

10 Mən başa düşdüm ki, o həmin adamlara Allahı təbliğ edir, lakin onlar onu ələ salıb gülür, və sözlərinə inanmırdılar,

11  Və bir müddət  sonra o onlardan aralaşıb səmtini dəyişdi.O

12 ğlanlar ətraflarında olan cinləri nə görür, nə də eşidirdilər.

13 Cinlər arada onları şallağa oxşar bir şey ilə vururdular.

14 Oğlanlar ağrı hiss etməsələr də, cinlər hər dəfə onları vuranda, onlar addımlarını artırıdılar.

15 Və onlar bir çay kənarına çatdılar, və orda oturub nəsə çəkməyə başladılar, və çəkdikcə danışıqları və hərəkətləri dəyişirdi, və mən başa düşüdüm ki, çəkdikləri nəşədir.

16 Onlar söyüşlə danışıb, qiybət edərək bir-biriləriylə tərbiyəsiz zarafat etməyə başladılar

17 .Və mən daha onların səsini eşitmək istəmədim.

18 Bu xəyalımda gördüyüm son görüntülərdən biridir.

 

Ölkə və böyük döyüş

22 –ci V ə h y

1 Uzunluğu 2000 km, eni 1000 km olan bir ölkə gördüm.

2.Ölkənin üzərində səma 3 rəngə çalırdı və səmada  Şeytanın əlamətlərindən biri varıydı.

3.Ölkənin daxilində böyük boşluq varıydı və bu boşluqda bir dəstə nizamı şəkildə durub döyüş əmri gözləyirdi.

4.İlk cərgədə 12 nəfər, onlardan arxada 70 nəfər, və üçüncü cərgədə minlərlə döyüşcü əlində siyirmə qılıc durmuşdu.

5.Onların hamısı hərbi zireh geyınmişdi, zirehin altında ağ qızılı rəngli uzun xalat və başlarında da dəbilqə varıydı.

6.İlk 2 cərgədə ancaq kişilər durmuşdu, üçüncü cərgə isə kişilərdən, qadınlardan və uşaqlardan ibarət idi, və hamısının başlarında tac varıydı, tacları dəbilqənin üstündən taxmışdılar.

7.Onların hamısının uzun ağ saçları varıydı, ilk iki cərgədə duranlar uzun ağ saqqalı, amma üçüncü cərgədəkilər saqqalsız idilər və hamısı dayanmadan ilahilər oxuyurdu.

8.Bu hərbi dəstədə çoxlu ağ bayraqlar varıydı, bayraqlarda “Rəbb yolunda”, Rəbbə izzət”, “Bütün şöhrət Tanrıya” sözləri yazılmışdı.

9.Onlardan xeyli aralıda böyük bir ordunun  onlara sarı irəlilədiyinin şahidi oldum.

10.Onların hamısı süvari idi, fikir verib gördüm ki, onların mindikləri at deyil, insanlardı, və onlarda oturanlar cin ruhları idi.

11.Cinlər bu adamları at əvəzi minmişdilər, onlar mindikləri adamlara yəhər keçirmişdilər, bir əlləri ilə yəhərdən tuturdular, o biri əllərində isə şallaq varıydı, və mindikləri insanları şallaqla döyürdülər.

12.Onların bir yekə bayrağı varıydı və bu bayraqda Şeytanın əlaməti və çox guşəli ulduz varıydı.

13.Onların sayı həddən artıq çox idi və nərildəyə-nərildəyə irəliləyirdilər.

14.Onlar bir ağızdan allahlarının adını çəkəndə sanki göy titrədi.

15.Bu bədheybətlər ağ qızılı libas gemiş dəstəyə çatanda göylər yarıldı və ağ atın belində, başında da çoxlu tac olan süvari göydən  nur saça-saça yerə endi və dəsətnin qabağında durdu.Dəstə onu görəndə çox sevindi bir ağızdan onu ucadan salamlamladı.

16.Ağ atlı süvari “Övladlarım irəli!” deyərək  dəstəsini  birinci olaraq cin ordusuna hücuma apardı, və çətinliklə də olsa xeyli irəlilədi.

17.Onların hamısı müqəddəs idilər və cavanları da, yaşlıları da, qadınları da şir kimi vuruşurdular.

18.Ağ atlı süvarinin dəstəsi çoxlu insanları cinlərdən azad etdilər, lakin o insanların həddindən çoxunu xilas etmək mümkün olmadı.

 

Uçuruma gedən böyük kütlə

23 –ci V ə h y

1.Saysız hesabsız insanların əyri yolla uçuruma getdiyini gördüm.

2.Onlara fikir verdim, hamısı qara geyinmişdi, və əllərində nəyisə sinələrinə sıxa-sıxa gedirdilər.

3.Onlara sayı qum dənələrindən çox idi.

4.Dəhşətə gəlib onlara yaxınlaşıb dedim: ” Ə hara gedirsiniz, görmürsünüz uçurum var qabaqda?”

5.Bəziləri qəzəbli şəkildə, bəziləri də gülə-gülə mənə cavab verib dedilər ki; “Biz uçuruma getmirik, biz haqq yolunda irəliləyirik”.

6.Onların hamısı ümidlərinə hansısa inandıqları müqəddəslərə bağlamışıdılar, amma o inandıqları müqəddəs deyildi.

7.İnsanlar uçuruma yaxınlaşır, və ordan bir-bir aşağı yuvarlanırdılar, lakin uçurama düşdüklərini ancaq oradan yıxılandan sonra anlayırdılar.

8.Onları böyük əksəriyyəti məhv oldu, amma gözlədikləri müqəddəslər peyda olmadı.

9.Bəziləri bu yolun uçuruma getdiyini gec də olsa anlayırdı, və kütlədən ayrılırdı, amma insanların qalan hissəsi uçurumdan xilas ola bilmədi.

10.Onlardan ayrılıb hündürdən baxıb fikir verdim ki, bu uçuruma gedən yol sanki qıvrılmış ilana bənzəyir və söz şəklindəydi və mən bu sözü oxuyub anladım.

11.Bu söz dünyada olan ən böyük ümmətlərdən birinin ilahının adıydı.

bottom of page